Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırış edib
10 Noyabr 20:03 SosialCOP29-un prezidenti Muxtar Babayev Belendə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib.
Trend xəbər verir ki, bu barədə COP29 "X" hesabında paylaşım edilib.
M.Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən hesab-faktura təqdim edib.
Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icrası tələb olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31