"Dövlətə sədaqət, məsuliyyət və vicdanla xidmət etmək ən ali vətənpərvərlik nümunəsidir"

Bu gün dövlətçiliyimizə sadəqətlə, fədakarlıqla və qətiyyətlə xidmət edən görkəmli şəxsiyyət, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab General-polkovnik Əli Nağıyevin doğum günüdür.

Əli müəllim peşəkar fəaliyyəti ilə Azərbaycan dövlətinə sədaqətin, xalqa xidmətin və milli maraqlara sarsılmaz bağlılığın simvoluna çevrilmiş bir şəxsiyyətdir. Cənab General yüksək peşəkarlığı, prinsipal mövqeyi, dövlətə və xalqa dərin məhəbbəti ilə ölkəmizin təhlükəsizlik sütunlarının daha da möhkəmlənməsinə mühüm töhfələr verməkdədir. Onun fəaliyyəti təkcə xidməti borcun icrası deyil, həm də vətənə səssiz, lakin əzəmətli xidmətin təcəssümüdür. Təsadüfi deyil ki, Əli müəllimin rəhbərliyi altında Dövlət Təhlükəsizlik Xidməti bu gün Azərbaycan dövlətçiliyinin gücünü, xalqın təhlükəsizliyini və dövlət başçısının etimadı doğruldan ən etibarlı qalalardan biridir. Onun rəhbərliyi altında Dövlət Təhlükəsizlik Xidmətinin kollektivi 44 günlük Vətən Müharibəsi və 23 saatlıq antiterror tədbirləri zamanı əsl peşəkarlıq nümunəsi sərgiləmiş və nöqtə əməliyyatlar ilə düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Cənab General-polkovnik Əli Nağıyev yüksək insani keyfiyyətləri, təmkin və dərin zəkası ilə tanınır. Onun həyat yolu bir daha göstərir ki, dövlətə sədaqət, məsuliyyət və vicdanla xidmət etmək ən ali vətənpərvərlik nümunəsidir.

Bu əlamətdar gün münasibətilə biz də öz növbəmizdə Əli müəllimə möhkəm cansağlığı, uzun ömür və vətənimizin təhlükəsizliyi naminə gördüyü işlərdə yeni - yeni uğurlar arzulayırıq. Uğurlarınız hər zaman xalqımızın rifahı, dövlətimizin tərəqqisi və güclənməsi ilə birgə addımlasın.

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31