Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO/VİDEO)

Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab R.Kalinak Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümü münasibətilə həmkarını təbrik edib. Hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlərini müzakirə edib, müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO/VİDEO)

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO/VİDEO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31