Azərbaycanın ilk hərbi təyyarəçisinə Milli Qəhrəman adı verildi
16:38 SosialAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə şəhid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31