Yazılı və şifahi mediada dil normaları ilə problemlər mövcuddur - AMEA rəsmisi
11:59 SosialYazılı və şifahi mediada dil normaları ilə problemlər var.
Olaylar.az xəbər verir ki, bunu bu gün "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" konfransı çərçivəsində keçirilən "Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti" mövzulu panel sessiyada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli deyib.
Onun sözlərinə görə, 50 milyon Azərbaycan dilini bilir, lakin dik normalarını 10 milyonu yaxşı bilir:
"Azərbaycan dilinin dil normalarını qorumalıyıq. Dilimizin bütün üslubları işləkdir. Lakin bədii ədəbiyyata, elmi üsluba yeni sözlər gəlmir, rəsmi üsluba yeni terminlər gəlmir. Cəmiyyətdən baş verirsizsə, publisistik üslub pozulanda baş verir".
Nadir Məmmədli deyib ki, bu gün insanlar düzgün ad seçmirlər, mənasını bilmirlər.
"Hazırda biz orfoqrafiya lüğəti hazırlanır. 82 min sözdən danışırıq. Bizim bugünədək dil korpusu yaradılmayıb. Niyə? Çuvaş kimi kiçik xalqın dil korpusu var".
Direktor qeyd edib ki, hansısa əcnəbi söz bəyənilirsə, o sözü dilə gətirmək düzgün deyil:
"Dilə müxtəlif yollarla söz gəlir. Əşya dilə söz gətirir. Əcnəbi sözləri diliməz gətirmədən əvvəl öncəki lüğətlərimizi axtarmalıyıq. Alınma söz ehtiyacdan dilə gəlir, amma əcnəbi söz mütləq şəkildə həmişə bir parça kimi gözümüzə girir".
AMEA rəsmisi vurğulayıb ki, yazılı və şifahi mediada dil normaları ilə problemlər var:
"Mediada qəliz danışmaq lazım deyil. Mediada punktuasiya problemi var. Şifahi nitqdə problemlər çoxdur. Yazılı nitqdə də həmçinin. Media və dilçilər arasında əlaqə olmalıdır".