"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş olmayacaq - Bu TARİXLƏRDƏ
11:24 SosialZəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-də və 9-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31