Murad Arif İslam Rzayevlə yaxın qohum imiş
19:05 SosialHitmaker Murad Arif "Çənə" podkastında qonaq olub.
Olaylar xəbər verir ki, sənətçi gənclərə motivasiya dolu müraciəti ilə diqqət çəkib.
O, müasir dövrdə bəzi insanların uğura tapşırıq, sponsor və əlaqələr hesabına çatmasına toxunaraq, bunun gənclər arasında yanlış düşüncə formalaşdırdığını bildirib:
"O qədər əmi, dayı, sponsor tapıb yüksələnlər gördünüz ki... Qınamıram! Amma unutmayın, zəhmətə inanmaq lazımdır. Kaş gənclərimiz biləydi ki, "İmkanlısansa, deməli oğrusan" düşüncəsi nə qədər geri salır, ziyan verir və inkişafdan saxlayır adamı. Dostlar, zəhmətə, zəhmətkeşliyə, məqsədə inanın".
Müsahibə zamanı Murad Arif böyük sənətkar İslam Rzayevlə yaxın qohum olduğunu da açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31