Sabah bu ərazilərdə işıq olmayacaq
13:29 SosialSabah Naxçıvan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Noyabrın 4-də saat 10:00-dan 14:00-dək "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən 110/35/10 kV-luq "Naxçıvan" yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar şəhərin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq./Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31