Kürdəmirdə Zəfər günü şəhid ailələri ilə qeyd olundu

8 Noyabr-Zəfər Günü ərəfəsində şəhid ailələri ilə birlikdə tədbir keçirdik. Şəhidlərimizin əziz xatirəsi yad edildi, bu torpağın igid övladlarının Vətən savaşında şücaətindən, 44 günlük müharibədə bütöv xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsindən söhbət açıldı. 

Səmimi şəraitdə keçən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirdi. Tədbir zamanı şəhid ailələrinin qayğılarını dinlədim, bir çox məsələləri onlarla müzakirə etdim. Şəhid ailələrinin qaldırdıqları məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanacaqdır.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31