Dəbdəbəli villa, 6 metrlik hasar, helikopter meydançası

DTX tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb.

"Metbuat.az" xəbər verir ki, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var.

Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. KİV-in iddiasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində helikopterin enməsi üçün xüsusi meydança var.

Xatırladaq ki, İslam Rzayev də əslən Göyçay rayonundandır. O, Hüngütlü kəndindəki villa ilə yanaşı, 50 hektar nar bağına da sahibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31