Əhalisinin 92 faizi müsəlmandır - Hicab qadağan edildi

Əhalisinin 92 faizi müsəlman olan Kosovada məktəblərdə hicab taxılmasına qoyulan qadağa ilə bağlı hüquqi proses başa çatıb.

Milli.Az xəbər verir ki, Kosova Ali Məhkəməsi Təhsil, Elm, Texnologiya və İnnovasiya Nazirliyinin qəbul etdiyi geyim qaydaları haqqında qərarı təsdiqləyib.

Beləliklə, dövlət təhsil müəssisələrində hicab geyinmək rəsmi şəkildə qadağan olunub.

Ali Məhkəmə qərarında Nazirliyin məktəblərdə geyim və davranış qaydalarını müəyyən etmək hüququna malik olduğunu bildirib. Qərar, Universitetəqədər Təhsil Qanunu və Peşə Təhsili Qanununa əsaslandırılıb.

"Arrita" Qadınların Peşə İnkişafı Şəbəkəsi bu qərara qarşı məhkəməyə müraciət etmiş, hicab yasağının aradan qaldırılmasını tələb etmişdi. Lakin məhkəmə iddianı əsassız sayaraq rədd edib.

Məlumata görə, son dörd il ərzində hicab taxdığı üçün çox sayda şagird məktəblərindən uzaqlaşdırılıb və ya dərsə buraxılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31