Maştağada tullantılarla bağlı şikayətlər araşdırıldı - VİDEO

Bir neçə gün öncə Patrulaz.az redaksiyasına Sabunçu rayonunun Maştağa qəsəbəsi, xüsusilə də "Südçülük sovxozu" adlanan ərazidə yaşayan sakinlərdən narazılıq daxil olmuşdu.

Sakinlər iddia edirdilər ki, zibil konteynerləri günlərlə dolu vəziyyətdə qalır, tullantılar ətrafa dağılaraq həm antisanitariya, həm də kəskin iy qoxusu yaradır. Bu isə ərazidə yaşayan insanların həyat şəraitini xeyli çətinləşdirib.

Şikayətçilər bildirmişdilər ki, məsələ ilə bağlı dəfələrlə Maştağa bələdiyyəsinə müraciət etsələr də, problemin həlli istiqamətində ciddi addım atılmayıb.

Aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən video və foto görüntülər bir müddət əvvəl lentə alınıb. Hazırda həmin ərazidə vəziyyət sabitdir, tullantılar yığışdırılıb və antisanitariya hallarına rast gəlinmir.

Beləliklə, Maştağada qeyd olunan problem aradan qaldırılıb, ərazidə təmizlik işləri bərpa olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31