Şabranda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib- ÖZƏL

Şabran rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə, Milli Məclis və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı əsasında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilib. "Olaylar" xəbər verir ki, aksiyada Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Milli Məclis Aparatının sektor müdiri Cahid Məmmədov təmsil olunublar. Aksiya çərçivəsində Vəkillər Kollegiyasının dəstəyi ilə aztəminatlı və hüquqi yardıma ehtiyacı olan vətəndaşlara zəruri hüquqi dəstək göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31