Özbəkistanda "Qərbi Azərbaycan hekayələri" adlı kitabın təqdimatı keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" adlı layihə çərçivəsində hazırlanan "Qərbi Azərbaycan hekayələri" adlı kitabın Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində təqdimatı keçirilib.
Tədbirdə Universitetin alimləri, şairlər, yazıçılar və tələbələr iştirak edib.
Təqdimat mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetini Beynəlxalq Məsələlər üzrə prorektoru, professor Mahirə Nağıqızı, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri  Məhəmmədiyar Əsədov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Ədəbiyyatşünas, şair, DGTYB-nin MŞ üzvü Xasiyyət Rüstəm, Ədəbiyyatşünas-tərçüməçi Hafizə Qoşqarova, Məhəmməd Füzuli adına elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Gülbahar Aşurova, Universitetin professoru, filologiya elmləri doktoru İslam Yaqubov, Təbriz Universitetinin müəllimi, filologiya elmləri doktoru Fərhad Rəhimi, "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" layihəsinin rəhbəri İntiqam Yaşar çıxış edib.
Universitetin kafedra müdiri,  Məhəmmədiyar Əsədovun moderatorluğu ilə baş tutan tədbirdə  "Qərbi Azərbaycan hekayələri" adlı kitabın nəşrinin əlamətdar hadisə olduğu vurğulanıb. Kitabın artıq Özbək türkcəsinə uyğunlaşdırıldığı diqqətə çatdırılıb . 
Kitab şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin başqanı İntiqam Yaşarın layihə rəhbərliyi ilə hazırlanıb.
Kitabda yer alan hekayələrin hər birinin müəllifi əslən  Qərbi Azərbaycandan olan yazarlardır. 
Sözügedən hekayələr Azərbaycan yazıçıları Mahirə Nağıqızı, Azər Abdulla, Məmməd Oruc, Güldərən Vəliyeva və Şəfa Vəli tərəfindən qələmə alınıb.
Əsərlərdə Qərbi Azərbaycanın tarixi yaddaşı, deportasiya mövzusu və milli kimliyin qorunması kimi mövzular öz əksini tapır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31