Ağdərənin Həsənriz kənd sakini: Otuz ildən çox idi ki, bu günü gözləyirdik

Otuz ildən çox idi ki, bu günü gözləyirdik.

Bu sözləri jurnalistlərə açıqlamasında keçmiş məcburi köçkün, Ağdərə rayonunun Həsənriz kəndinin sakini Habil Əvəzov deyib.

O, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmalarında zəhməti olan hər kəsə təşəkkür edib: "Prezidentimiz sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Xıdırlı kəndini 7 yaşımda tərk etmişdim. İndi doğma yurduma qayıdıram. Bu gün bizim üçün ən sevincli gündür.

Həmin vaxtlar öz yurd-yuvalarını məcburən tərk edənlərin hamısına geri qayıtmalarını arzulayıram".

Qeyd edək ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə - 83 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31