Hər bir gənc qızın uğuru gələcək möhkəm bir ailənin təməlidir- ÖZƏL
13:08 Sosial"2021 ci ilin oktyabrından keçən müddət ərzində "Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək" təqaüd proqramından 238 nəfər bəhrələnmişdir. Bu isə Azərbaycan dövlətinin çox böyük sərmayələr yatırdığı, yeni və müasir infrastruktur layihələrinin icra edildiyi bu strateji sahədə 100 minlərlə ölçülən Təhsil statistikası içərisində özünə yer alan rəqəmlərin yalnız kiçik bir hissəsi deyil. Bu həm də Azərbaycan qadınının milli intellektual potensialımızın inkişafında iştirakının məzmunca yenilənməsi və güclənməsidir". "Olaylar" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib: "Biz, Dövlət Komitəsi olaraq, inanırıq ki, qadınların təhsil və inkişaf imkanlarının genişlənməsi ölkəmizin sosial rifahına, ailə dəyərlərinin möhkəmlənməsinə və insan kapitalının dayanıqlı inkişafına xidmət edir.
Hər bir gənc qızın uğuru - gələcək möhkəm bir ailənin təməli olmaqla, güclü bir cəmiyyətin sarsılmaz dayağıdır. Odur ki, biz getdikcə daha möhkəm cəbhədə təhsilə, deməli gələcəyə qoyulan ən etibarlı sərmayəni artırmağa, gənc qızlarımızın yanında olmağa davam edəcəyik".