Bakı İlahiyyat Kolleci ilə Azərbaycan Dövlət Pedaqoji Kolleci arasında Əməkdaşlıq Memorandumu imzalanıb
12:58 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci arasında Əməkdaşlıq Memorandumu imzalanıb. "Olaylar" xəbər verir ki, sənədi Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov və Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin imzalayıblar.
Memorandumda iki təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi, mədəniyyət və sosial sahələrdə birgə layihələrin, elmi tədbirlərin, konfransların, təlimlərin və seminarların təşkili kimi məsələlər nəzərdə tutulub.
Bu əməkdaşlıq hər iki Kollecin strateji inkişaf hədəflərinə uyğun olaraq, milli təhsil sistemində keyfiyyətin artırılması, innovativ tədris metodlarının tətbiqi və elmi potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən hər iki təhsil ocağının rəhbərləri bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə və uğurlu nəticələrə zəmin yaradacağına əminliklərini ifadə ediblər.