Bu analizlər icbari tibbi sığortaya daxil edilə bilər
25 Oktyabr 13:42 SosialSəhiyyə Nazirliyi genetik analizlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmasını təklif edir.
Olaylar.az Report-a istinadən xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova Sumqayıtda keçirilən "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" Beynəlxalq Elmi Konfransında deyib.
O qeyd edib ki, sümeli və kök hüceyrə transplantasiyası üçün bu analizlər vacibdir:
"Xatırlatmaq istəyirəm ki, hazırda ümumilikdə 1021 nəfər müxtəlif orqanların çatışmazlığından əziyyət çəkdiyindən növbədədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31