Azərbaycanlı iş adamının klubunun futbolçuları boykot edirlər - Maaşlar verilmir
18:14 SosialAzərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu Türkiyənin "Serik Belediyespor" klubunun oyunçuları məşqi boykot ediblər.
Teleqraf "Ajansspor"a istinadən xəbər verir ki, I Liqa təmsilçisinin futbolçuları səkkiz həftədir ki, maaşlarını və bonuslarını ala bilmirlər.
Onların etirazı səbəbindən dünən keçirilməli olan məşq sessiyası ləğv edilib.
Bəzi klub işçilərinin istefa verməyi düşündükləri, futbolçuların isə noyabra qədər gözləmək niyyətində olduqları bildirilir.
Bundan əlavə, klub hələ də mövsümün əvvəlində əldə edilən Aleksandr Martınovun transferi üçün kompensasiya ödəməyib. Belarusun BATE klubu bu məsələ ilə bağlı FIFA-ya müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, Tufan Sadıqov daha əvvəl Rusiyanın "Ximki" klubuna da sahiblik edib. Lakin Premyer Liqa təmsilçisi maliyyə böhranına görə fəaliyyətini dayandırıb.