Hakimlərin sayı 720-yə çatdırılacaq
12:04 Sosial"Ötən dövrdə 2500-dən çox hakimliyə namizəd seçim prosesində iştirak etmiş, onlardan 254 nəfəri uğurla nəticə göstərərək dövlət başçısının müvafiq sərəncamları ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyin ediliblər". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov deyib. Deputat bildirib ki, hazırda məhkəmə sistemində 645 hakim fəaliyyət göstərir: "Növbəti ilin əvvəlinə hakim sayının 720-yə çatdırılması nəzərdə tutulur. 2019-cu ilə qədər təyin edilmiş 415 hakimin cəmi 63 nəfəri qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri qadınlardır. Belə bir yanaşma ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir. Hazırda məhkəmə sistemində qeyd etdiyim 645 nəfər fəaliyyət göstərən hakimlərdən 175 nəfərini qadınlar təşkil edir".