Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edildi
11:57 SosialMilli Məclis Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun vəzifəsindən azad edilməsini təsdiqləyib. "Olaylar" xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31