Kənan Əliyev yüksək vəzifəyə təyin olundu

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Aparat rəhbəri postuna Əliyev Kənan Firdovsi oğlu gətirilib. O, hazırkı təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.

Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31