Altı mindən çox müəllimin maaşı artacaq

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyi məlumat yayıb.Bildirilib ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.

Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30-50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31