Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? -RƏSMİ AÇIQLAMA

Hazırda ölkədə insanlar arasında dabaq xəstəliyinə yoluxma faktı aşkarlanmayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, "Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqətə uyğun deyil:

"Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31