Paltarsız paltar reklamı - Sosial şəbəkəlrədə nəyi təbliğ edirlər?!

Azərbaycanda sosial medianın sürətli inkişafı nəticəsində bu platformalar həm də satış mərkəzlərinə çevriliblər.

Olaylar.az Milli.Az-a istindən xəbər verir ki, bugün bütün mağaza və restoranların sosial media hesabları mövcuddur. 

Son zamanlar isə bəzi geyim mağazaları izləyici diqqət çəkmək üçün etikadan kənara çıxaraq modellərin açıq-saçıq görüntülərini paylaşaraq satış etməyə çalışırlar. Bəzi mağazaların isə ümumiyyətlə bunu satış məqsədli yox, tanınmaq məqsədilə etdikləri də məlumdur.

Həmin mağazalardan bəzilərini sizə təqdim edirik:

28 May ərazisində yerləşən "Ege Collection" geyim mağazası bu tip paylaşımları ilə daha çox seçilir. 

 

Digər belə bir mağaza isə böyük izləyici kütləsinə sahib "Wf Butik" geyim dükanıdır.
Əhmədli metrosunun yaxınlığında yerləşən mağaza satışları artırmaq üçün modelləərin açıq-saçıq görüntülərindən istifadə edir.

Başqa bir mağaza isə Xırdalanda yerləşən "ZZ Collection"dur. Bu mağazada da vəziyyət digərlərindən fərqlənmir, açıq-saçıq modellərin videoları paylaşılır və reklam olunur.

 

Qadın altpaltarları satan mağazalarda isə vəziyyət daha biabırçıdır. Həmin mağazalardan biri Nərimanov metrosunun yaxınlığında yerləşən "BOOM COLLECTION" dükanıdır. Burda isə modellərin altpaltarında videoları çəkilərək sosial şəbəkələrdə yayımlanır.

 
Adı çəkilən mağazalar çox kiçik bir hissədir, hazırda sosial şəbəkələrdə onlarla belə hesablar mövcuddur. Təssüfki sosial şəbəkələrin tənzimlənmə sistemi bu videoları hər kəsə göstərir. Bu videolara həmin mağazaların alıcı kütləsindən başqa hamı baxır. Çox zaman isə geyim yox, başqa məsələlər şərhlərdə müzakirə olunur, toplumun etik normaları cılızlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31