Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə oktyabrın 22-də 8 ölkədən olan dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb.

Olaylar xəbər verir ki, səyyahlar əvvəlcə Ağdamda Cümə məscidini ziyarət edib və Çörək Muzeyinin dağıntılarına baxıblar. Daha sonra Xankəndidə Qarabağ Universitetində görüş keçirilib. Onlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verilib.

Laçına gələn qonaqlar şəhərin mərkəzini gəzib, Yurd Qalereyası və "Gilabi Ceramics" Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Burada şəhərin tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və müasir infrastruktur imkanları təqdim olunub.

Qeyd edək ki, heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli marşrutu üzrə səfər etməyi planlaşdırır.

xxx

19:23

Beynəlxalq səyyahlar Laçın şəhərinə gəliblər.

Qonaqları Prezidentin Laçın şəhəri üzrə xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Səyahətçilərə Laçın şəhəri haqqında məlumat verilib. Bildirilib ki, şəhər yenidən qurulub, məktəb, uşaq baxçası, səhiyyə ocaqları tikilərək sakinlərin istifadəsinə verilib. O da qeyd olunub ki, şəhər turist zonasına çevriləcək, həmçinin yollar genişləndiriləcək, dağlarda kanat quraşdırılacaq.

xxx

17:15

Oktyabrın 22-də Beynəlxalq səyyahlar Qarabağa növbəti səfərləri çərçivəsində Xankəndi şəhərində olublar. Səfər "International Congress" klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səyyahlar arasında ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan gələn nümayəndələr yer alıb. Qonaqlar arasında həmçinin MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ vətəndaşı Çarlz Vili (Charles Veley) də olub. Beynəlxalq səyyahlar əvvəlcə Xankəndi şəhərinin mərkəzi meydanında olublar. Onlara şəhərin tarixi, işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri barədə məlumat verilib. Qeyd olunub ki, Xankəndi 35 il ərzində erməni işğalı altında qalıb.

Səfərin ikinci hissəsində səyyahlar Qarabağ Universitetində tələbə və müəllim kollektivi ilə görüşüblər. Görüş zamanı Xankəndinin hazırkı inkişafı, eləcə də Qarabağ Universitetinin təhsil potensialı və gələcək planları barədə məlumat verilib.

Səfərin məqsədi Qarabağda aparılan bərpa və yenidənqurma işləri, regionun turizm imkanları və mədəni irsi ilə beynəlxalq ictimaiyyətin tanışlığını artırmaqdır.

xxx

15:08

Beynəlxalq səyahətçilər Xankəndi şəhərinə gəlib.

Səyahətçilər şəhərin mərkəzi meydanında şəhərin ümumi mənzərəsinə tamaşa ediblər.

Onlar şəhər barəsində məlumat alıblar.

Bildirilib ki, 18-ci əsr də yaranan qədim yaşayış məskəni 35 il ermənilərin nəzarətində olub.

Qeyd edək ki, günün ikinci yarısı səyahətçilərin Qarabağ Universitetinin tələbə və müəllim kollektivi ilə görüşü gözlənilir .

xxx

11:40

Ağdam. Trend:

Ağdama səfər edən Beynəlxalq səyahətçilər Ağdama səfəri zamanı Ağdam Çörək muzeyinin qalıqlarını ziyarət ediblər.

Qonaqlara muzey barədə məlumat verilib.

Bildirilib ki, 1983 -cü ildə yaradılmış muzey 1993- cü ildə ermənilər tərəfindən dağıdılıb.

Daha sonra qonaqlara Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib.

xxx

11:14

Ağdama səfər edən Beynəlxalq Səyahətçilər ilk olaraq Ağdam Cümə məscidində olub.

Qonaqlara məscidin tarixi və işğal dövründə ermənilər tərəfindən talana məruz qalmaları barədə məlumat verilib.

Bildirilib ki, Ağdamda yerləşən ermənilər məscidin binasında donuz saxlamaq üçün tövlə kimi istifadə ediblər.

Səfər iştirakçılarına bütün deyilənlərin sübutları kimi əks etdirən fotolar göstərilib.

xxx

11:04

Bu gündən ETIC ("Extreme Traveler International Congress") klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayıb.

Olaylar xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP ("Most Traveled People") beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan olan Çarls Veley də təmsil olunur.

Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

xxx

07:19

Bu gündən ETIC ("Extreme Traveler International Congress") klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.

Olaylar xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP ("Most Traveled People") beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan olan Çarls Veley də təmsil olunur.

Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

İşğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısamüddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb (FOTO) (YENİLƏNİB)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31