Xalq artistinin vəziyyəti ağırlaşdı
18:33 SosialXalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
Olaylar xəbər verir ki, bu barədə Lent.az-a danışan sənətkar bildirib ki, son günlər səhhətində narahatlıqlar artıb:
"Sağ tərəfimdə quruma gedir, uyuşur. Bronxlarım yaxşı vəziyyətdə deyil, məni boğur, nəfəs ala bilmirəm. Qan təzyiqim çox aşağıdır, dəmir çatışmazlığı da var. Artıq bir həftədir xəstəxanadayam. Əsəb və qocalıq məni öldürdü".
Sənətkarın səhhəti həkim nəzarəti altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31