Şagirdlərin psixoloji rifahı üçün maraqlı təşəbbüs - “Rəqəmsal etiraf”
15:53 SosialPaytaxtdakı 20 nömrəli məktəb-liseyinpsixoloqları tərəfindən şagirdlərin psixoloji rifahınındəstəklənməsinə xidmət edən yeni təşəbbüs reallaşdırılıb.
Belə ki, şagirdlərə öz hisslərini, fikir və narahatlıqlarını ifadə etmək imkanı yaradan"Rəqəmsal etiraf" adlı yeni layihəyə start verilib.
Layihə çərçivəsində şagirdlər məktəbininternet resurslarında yerləşdirilən, həmçininməktəbin girişində və dəhlizlərdə asılan xüsusi QRkodu oxudaraq anonim şəkildə öz hisslərini, duyğuvə narahatlıqlarını məktəbin psixoloq komandasınagöndərə bilirlər. Bu yanaşma onlara həm rahatünsiyyət mühiti yaradır, həm də psixoloji yardımalmaq üçün müasir və etibarlı platforma təqdim edir. Rəqəmsal imkanlardan istifadə etməklə məktəbpsixoloqları daha operativ şəkildə müraciətləri qəbuledir və fərdi, həmçinin qrup şəklində dəstəktədbirləri həyata keçirirlər.
Qeyd edək ki, məktəblilər və təhsilmüəssisəsinin müəllim heyəti tərəfindən maraqlaqarşılananan layihənin əsas məqsədi şagirdlərdə özünüifadə bacarığını inkişaf etdirmək və məktəbdə psixoloji təhlükəsiz mühiti təmin etməkdənibarətdir.