Dabaq təhlükəsi qapımızda! - Xəstə heyvan əti bazara necə çıxır? - Mütəxəssislər DANIŞIR- VİDEO

 

 
  •  
  •  
  •  

Son günlərdə ölkə ərazisində mal-qara arasında yayılan bəzi yoluxucu xəstəliklər, xüsusilə də dabaq xəstəliyi, ət bazarındakı vəziyyətə mənfi təsir göstərib. Paytaxtın müxtəlif bazarlarında aparılan müşahidələrə əsasən, alıcıların sayı əvvəlki dövrlərlə müqayisədə bir qədər azalıb.

Sakinlər arasında yaranan narahatlıq, xüsusilə heyvan xəstəlikləri ilə bağlı yayılan xəbərlər, insanların ət məhsullarına olan etibarını zəiflədib. Nəticədə, bir çox ailələr ehtiyat tədbiri kimi ət alışını məhdudlaşdırıb və ya alternativ məhsullara üstünlük verməyə başlayıb.

Bununla belə, ət satıcıları vətəndaşları narahat olmamağa çağıraraq, satılan məhsulların tam təhlükəsiz və keyfiyyətli olduğunu vurğulayırlar.

Xəstə heyvanın ətinin təsadüfən bazara çıxma ehtimalı varmı? Belə halların qarşısını almaq üçün hansı nəzarət mexanizmləri mövcuddur? Vətəndaşlar ət alarkən məhsulun təhlükəsizliyinə necə əmin ola bilərlər? Nəyə diqqət etməlidirlər? Bu xəstəlik insana keçə bilərmi? Əgər keçərsə, bu hansı yolla baş verir və hansı simptomlarla özünü göstərir? Və nəhayət, bu kimi hallar qısamüddətli və uzunmüddətli perspektivdə ətin qiymətinə necə təsir göstərə bilər?

TV Musavat-ın əməkdaşları bu suallarla mütəxəssislərə müraciət edib, onların rəyini öyrənib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31