Bu prospektdə təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
15:44 Sosial21 oktyabr saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31