Qarabağ Universiteti təhsil və innovasiyanın mərkəzinə çevrilir- ÖZƏL

"Qarabağ Universiteti təkcə təhsil müəssisəsi deyil-bu torpaqlarda gələcəyin qurulmasının canlı sübutudur. Hiss olunur ki, Qarabağda artıq Zəfərin ikinci mərhələsi - zəka və akademik mərhələ başlayıb". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Presidenti Osman Gündüz deyib: "Xankəndi səfəri çərçivəsində Qarabağ Universitetində rəhbər heyətlə və müəllimlərlə görüşdük. Universitet həyatı, təhsil mühiti, innovativ yanaşmalar və gələcək planlar barədə çox maraqlı söhbətlər etdik. Sıx qrafikə baxmayaraq, aktiv tələbələr və startapçılarla görüşün təşkili üçün Universitetin Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanovaya təşəkkür edirəm.
Rektorun müşaviri Hamiz Mahmudov, Mühəndislik fakültəsində laboratoriya müdiri, proqramçılığın sirlərini tələbələrə öyrədən Nurlan Cümşüdov və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Günel Abbasova ilə fikir mübadiləsi aparmaq mənim üçün çox dəyərli oldu. Hər birinin yanaşmasında yenidənqurma ruhu, təhsilə sevgi və Qarabağda elm həyatının canlanmasına inam aydın hiss olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31