İmtahanlardan keçən taksi sürücülərinin sayı ilə bağlı DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bu günə kimi 23932 nəfər imtahanda iştirak edib.

Olaylar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən sürücülərdə 21750 nəfəri uğur qazanıb:

"İmtahanda uğur qazanan sürücülərə şəhadətnamələr təqdim edilib".

Qeyd edək ki, ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31