Yardımlıda "Konstitusiya və Suverenlik ili" nə həsr edilmiş konfrans keçirilib- ÖZƏL

Yardımlı  rayon  İcra hakimiyyətinin akt zalında İH və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə  "Konstitusiya və Suverenlik ili" nə həsr edilmiş konfrans keçirilib. "Olaylar" xəbər verir ki, 
   Konfransda  rayon İH- min başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov,Şuranın Aparat rəhbəri Ramin Həsənli,YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Masallı rayon Ağsaqqallar Şurasının sədri  Ələşrəf  Niftiyev, Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov ,eləcə də ziyalılar, şəhid valideynləri, ağsaqqallar iştirak edib.
Konfransda çıxış edənlər ölkəmizdə baş verən ictimai-siyasi məsələlər,ölkə rəhbərliyinin yeritdiyi düzgün, aktiv siyasətdən ,nəzərə çarpan inkişaf və tərəqqidən söz açıblar.
     Konfransın sonunda Etibar Əməşova rayon İcra hakimiyyəti tərəfindən "Təşəkkürnamə",eləcə də  "Fəxri Ağsaqqal" döş nişanı və vəsiqə təqdim olunub. Bu mukafatı Etibar müəllimə Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov təqdim edib.
  Təbii ki, bütün işlər, səmərəli fəaliyyət öz nəticəsini göstərir. Uzun müddət Təhsil sahəsində, şəhər ərazi nümayəndəliyində çalışan Etibar müəllimin müstəsna xidmətlərini unutmaq olmaz. Etibar müəllim tez  Şəhidlərimizin mövlud və anım günlərində iştirak edən Etibar müəllimin təsirli çıxışları ziyarətçilərə ,şəhid ailələrinə xoş təsir bağışlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31