Laçına qar yağır

Laçın rayonuna qar yağır.

Olaylar.az-ın xəbərinə görə, bu gün səhər saatlarından başlayaraq rayonun bir neçə kəndinə qar yağmağa başlayıb.

Qar hazırda rayonun Minkənd kəndi, Malıbəyli, Bozlu və Soyuqbulaq kəndlərinə yağır.

Hazırda qar davam edir və havanın temperaturu 1 dərəcəni göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31