Acundan mərhum iştirakçının ailəsinə JEST
20 Oktyabr 20:40 SosialMəşhur aparıcı Acun Ilıcalı ötən il dünyasını dəyişən Hasan Yalnızoğlunun ailəsinə böyük dəstək göstərib.
Olaylar.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Ilıcalı mərhum aktyor və rəqqasın 8 yaşlı qızının universitetə qədər bütün təhsil xərclərini öz üzərinə götürüb.
Qeyd edək ki, Hasan Yalnızoğlu 15 oktyabr 2024-cü ildə, 50 yaşında pankreas xərçəngindən vəfat etmişdi. O, uzun müddət Bakırköy Dr. Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasında müalicə alıb. Yalnızoğlu idmandakı uğurlarının ardından rəqs və aktyorluq karyerasında da önəmli işlərə imza atmış, bir vaxtlar "Anadolu Ateşi" qrupunda baş rəqqas kimi fəaliyyət göstərmiş və "Survivor" yarışması ilə geniş kütlə tərəfindən tanınmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31