Bu ilin 9 ayında 152 ağır cinayətkar qrup zərərsizləşdirilib
18:07 SosialKeçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib.
Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 2025-ci ilin 9 ayının yekunlarına həsr olunan Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd olunub ki, ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31