Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilata qoşulacaq

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulacaq. "Olaylar"ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib. Bildirilib ki, "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya" 27 yanvar 2021-ci il tarixində Paris şəhərində imzalanıb. Sənəd preambula, 22 maddə və keçid müddəalardan ibarətdir. Konvensiyada Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat hökumətlərarası təşkilat kimi təsis edilib, məsləhətçi və texniki xarakter daşımaqdadır. Ümumiyyətlə, Dəniz Naviqasiya Avadanlığı dedikdə ayrı-ayrı gəmilərin naviqasiyasının, dəniz gəmiçiliyinin təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün layihələndirilən və istifadə edilən gəminin xaricində olan cihaz, sistem və ya xidmət başa düşülür.
"Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya"ya qoşulmaq barədə qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31