Ticarət mərkəzlərində tualet kağızı istifadə edənlər üçün ciddi xəbərdarlıq

Ticarət mərkəzlərinin tualetlərində istifadə olunan təmizlik kağızları ilə bağlı ciddi gigiyena problemləri aşkarlanıb. Mütəxəssislər bildirir ki, bu məsələ birbaşa olaraq ictimai sağlamlıqla bağlıdır və insanlar kifayət qədər məlumatlı deyil.

Milli.Az xəbər verir ki, ticarət mərkəzlərində tualet kağızları adətən açıq rulon sistemi ilə təqdim olunur. Bu isə onlarla insanın eyni səthə toxunması deməkdir.

Gigiyena mütəxəssisləri xəbərdarlıq edir: "Bir nəfərin toxunduğu tualet kağızının səthinə bakteriya və ya virus keçə bilər. Sonrakı istifadəçi bu mikrobu bilmədən əlinə ötürür. Bu zəncir xüsusilə qrip və bağırsaq infeksiyalarının yayılmasında böyük rol oynayır."

Bəzi Ticarət mərkəzlərində istifadə olunan aşağı keyfiyyətli tualet kağızları dəri səpgisi, qaşınma və allergik reaksiyalara səbəb ola bilər.

Dermatoloqlar xəbərdarlıq edir: "Əgər tualet sonrası həssas bölgədə yanma, qızarıqlıq və ya qaşınma varsa, bu həm keyfiyyətsiz kağızın, həm də gigiyena pozuntusunun əlamətidir. Nəm mühitdə asan parçalanan ucuz kağızlar bakteriya üçün əlverişli şərait yaradır."

Mütəxəssislərdən qorunma tövsiyələri

Kağıza yalnız uc hissəsindən toxunmaq

Mümkünsə şəxsi salfet istifadə etmək

Tualetdən sonra əlləri ən azı 20 saniyə yumaq

Əllə üz, ağız və göz nahiyəsinə toxunmamaq

Şəxsi dezinfeksiyaedici vasitə daşımaq

Çıxış zamanı qapı dəstəyinə kağız vasitəsilə toxunmaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31