Nazirlikdə üçüncü kadr dəyişikliyi: Eşqi Bağırov da getdi?

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir.

Bu barədə məlumatı Modern.az-a ETN daxilindəki mənbələr verib.

İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib.

MÜTDA tərəfinfən hələlik heç bir rəsmi açəqlama verilməyib.

Elm və Təhsil Nazirliyinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə isə Eşqi Bağırovun vəzifəsindən azad edilməsi barədə məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, son iki həftə ərzində Elm və Təhsil Nazirliyində bu, artıq üçüncü böyük kadr dəyişikliyidir. Belə ki, oktyabrın əvvəlində Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31