Dənizkənarı Milli Park ərazisində 4 ədəd yeni attraksion quraşdırılıb - AÇIQLAMA
19:23 SosialHazırda Dənizkənarı Milli Park ərazisində 4 ədəd yeni attraksion quraşdırılıb.
Olaylar xəbər verir ki, bu fikirləri Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, həmçinin ərazi oyun pavilyonları ilə təmin olunub: "Attraksionlar gətirilmə prosesi mərhələli şəkildə icra olunacaq".
Onun sözlərinə görə, ərazidə uşaqlar üçün attraksionlardan istifadə ödənişi 3 manat, böyüklər üçün isə 4 manat təşkil edir.
"Ödənişlə hər bir attraksionda 3-4 dəqiqə əylənmək mümkündür",- qurum rəsmisi əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31