Bulvarda yenidən fəaliyyətə başlayan atraksionlardan birdəfəlik istifadənin qiyməti neçəyə olacaq?
18:38 SosialDənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan birdəfəlik istifafə üçün bilet qiyməti dörd manat təşkil edir.
Olaylar xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeni attraksionlar - əvvəlki yerində fəaliyyətə başlayır. Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər tətbiq olunub.
Belə ki, kassa ilə yanaşı bilet terminalları da mövcuddur. Bu terminal vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək mümkündür.
Qeyd edilib ki, boyu 120 sm-dən aşağı olan şəxslərin attraksionlara minməyi qadağandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31