Azərbaycan-Serbiya hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib (FOTO)

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən görüşdə qeyd edilib ki, Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında bağlanmış müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş, ikitərəfli hərbi əməkdaşlıq planları, eləcə də strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üzrə aparılmış müzakirələr iki ölkə arasında müdafiə əməkdaşlığının inkişafında mühüm mərhələdir.

Qarşılıqlı səfərlərin və keçirilən bu cür görüşlərin Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın gücləndirilməsinə xüsusi töhfə verdiyi qeyd olunub. Həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində həyata keçirilmiş bir sıra tədbir və təlim-məşqlərin tərəfdaşlığımız üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Serbiya arasında dostluq münasibətləri səmərəli müdafiə diplomatiyasının nümunəsidir və bölgələrimizdə, eləcə də onun hüdudlarından kənarda sülh və sabitliyə töhfə verir.
Sonra "Əməliyyatların planlaşdırılması" mövzusunda brifinqlər təqdim olunub, geniş müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar, planlama, qoşun növləri, xüsusi təyinatlı təhsil müəssisələri, döyüş hazırlığının təşkili, döyüş əməliyyatları və tətbiq edilən metodlar, eləcə də digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Azərbaycan-Serbiya hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib (FOTO)

Azərbaycan-Serbiya hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib (FOTO)
Azərbaycan-Serbiya hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31