Azərbaycanın  təhsil  ictimaiyyətinə  ağır itki

Azərbaycanın  təhsil  ictimaiyyətinə  ağır itki  üz  verib.  Naxçıvan  Dövlət  Universitetinin  müəllimi, əməkdar  müəllim   Vahid Məmməd oğlu Rzayev rəhmətə  gedib.

Vahid Məmməd oğlu Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Res­pub­li­ka­sı Şərur rayon Şərur qəsəbəsində anadan olmuş­dur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fa­kül­tə­si­­nin Azər­bay­can dili və ədəbiyyat ixtisasını bitirmişdir. 1979 - cu ildən müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psi­­xo­lo­giya" kafedrasına müəllim təyin edilmişdir. 1989- cu ildə "Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru   alimlik dərəcəsi almışdır.  Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında  dosent vəzifəsində işləyib. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllim"dir.  7 kitabın, 3 metodik vəsaitin və  100 - dən artıq elmi məqalənin müəllifidir. "Murad Tutayuk", Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri", "Naxçıvanda qızların  təhsili tarixindən", "XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanda və İrəvanda məktəb və mədrəsələr", "Naxçıvanda məktəb və pedaqoji fikir" elmi-pedaqoji mühitdə rəğbətlə qarşılanmışdır.

Allah  rəhmət  eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31