Təhsilə investisiyaların artırılması müzakirə edilməlidir - Müşavir

İqtisadi diversifikasiyanın yeni artım mənbələrinin formalaşdırılması üçün keyfiyyətli insan kapitalı və biliklərin tətbiqi zəruridir.

Olaylar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bugünkü dialoqda Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, BMT Azərbaycan nümayəndəliyi, müxtəlif ali təhsil nümayəndələri və universitet rektorları iştirak edərək kifayət qədər məhsuldar müzakirə platforması yarandı:

"Əsas müzakirə mövzuları əmək bazarının dəyişən tələblərinə uyğun insan kapitalının yetişdirilməsi və ölkədə atılan addımlar idi. Təbii ki, tələblər daim dəyişir. Əmək bazarı iqtisadi inkişafın təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İqtisadi diversifikasiyanın yeni artım mənbələrinin formalaşdırılması üçün keyfiyyətli insan kapitalı və biliklərin tətbiqi zəruridir".

Onun sözlərinə görə, keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir.

"Təhsilə investisiyaların artırılması istiqamətində səylər səfərbər olunmalı və bu istiqamətdə müxtəlif məsələlər müzakirə edilməlidir",- deyə müşavir fikirlərini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31