Niyaməddin Musayev & Emin Eminzadə -Dünya sənin, dünya mənim, dünya heç kimin...
11:55 SosialBu gün Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı Xalq şairi Məmməd Arazın doğum günüdür. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: "Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir".
Videoda Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev və azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laueratı, prezident təqaüdçüsü Emin Eminzadə.