Türk Dövlətləri Təşkilatı ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramına start verilib (FOTO)

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II "INTERNSHIP" (təcrübə) proqramında iştirak üçün ölkəmizdə səfərdədir.

Olaylar xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qonaqlar səfər çərçivəsində Fəxri xiyabanı, Şəhidlər xiyabanını, eləcə də Zəfər parkını ziyarət ediblər.

Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub, əziz xatirələrini ehtiramla anıblar.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Zəfər parkını ziyarət edən qonaqlar xatirə daşının önünə gül dəstələri düzüblər.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində təcrübə proqramının açılış tədbiri keçirilib. Komitə sədrinin birinci müavini Valeh Hacıyev tədbiri giriş nitqi ilə qonaqları salamlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti, TDT-nin yaranması və Komitə haqqında məlumat verib, tədbirin keçirilməsinin qurumlar arasında əməkdaşlığın genişləndirilməsindəki əhəmiyyətindən danışıb. Valeh Hacıyev Ulu Öndər Heydər Əliyevin fikirlərindən sitat gətirərək çıxışını yekunlaşdırıb: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir".

Ardınca Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporun Dəstək Fondu fəaliyyətlərindən bəhs edən təqdimatlar nümayiş olunub.

Qazaxıstan Respublikasının "Otandastar" Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazso çıxış edərək ölkələrinin diaspor siyasətindən və görülən işlərdən danışıb, türk dünyasının həmrəyliyi, diaspor əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Təcrübə proqramının iştirakçıları daha sonra Şuşa və Xankəndiyə yola düşüb.

Türk Dövlətləri Təşkilatı ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II "INTERNSHIP" (təcrübə) proqramına start verilib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31