Bu qadınlar nikahsız uşaq doğmaq istəyir - ŞOK

Rusiyada aparılan sorğular göstərib ki, gəliri orta səviyyədən yüksək olan qadınların təxminən 30 faizi nikahı uşağın doğulması üçün vacib hesab etmir.

Musavat.com xəbər verir ki, onlar üçün ailə qurmaq artıq məcburi sosial norma deyil, əsas olan münasibətlərdə qarşılıqlı sevgi və sabitlikdir.

Bunun əksinə, aylıq gəliri 100 min rubldan çox olan kişilərin 46 faizi uşağın məhz rəsmi nikahda doğulmasının tərəfdarıdır. Son 17 ildə bu mövqeyi bölüşənlərin sayı 18 faizdən 26 faizə yüksəlib. Eyni zamanda: "nikah vacib deyil, amma arzuolunandır" - deyənlərin payı 42 faizdən 32 faizə enib.

Sosioloqlar bu tendensiyanı mədəni dəyərlərin dəyişməsi ilə əlaqələndirirlər: gənc qadınlar üçün indi daha vacib sayılan amil müstəqillik və şəxsi azadlıqdır, ailə statusu deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31