Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – Pilot Layihəsinin təqdimat mərasimi keçirilir
14:13 SosialElm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 - Pilot Layihəsinin təqdimat mərasimi keçirilir.
Olaylar.az xəbər verir ki, tədbir "Sağlam müəllim - sağlam gələcəyin qurucusu" şüarı ilə baş tutur.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) və Push30 şirkətinin birgə həyata keçirdiyi pilot layihənin əsas məqsədi ölkəmizin elm və təhsil işçilərini sağlam həyata təşviq etmək, onların idmana olan marağını artırmaq və sağlamlıq mədəniyyətini təhsil icması arasında gücləndirməkdir.
Layihə çərçivəsində ETİHİ-yə üzv olan 3 000 təhsil işçisinə "Standart" və "Plus" Push30 abunəlikləri xüsusi güzəştli şərtlərlə təqdim olunur.
Tədbirdə Elm və Təhsil Nazirliyinin rəhbər heyəti və nümayəndələri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyi, Push30 şirkətinin rəhbər şəxsləri, təhsil müəssisələrinin müəllim və inzibati heyəti və media nümayəndələri iştirak edir.