Xırdalan dairəsindən dönməyə ehtiyac qalmayacaq

Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yaşayan sakinlər yol problemi ilə üzləşirlər.

Olaylar xəbər verir ki, onların sözlərinə görə, şəhər istiqamətinə çıxmaq üçün uzun və əlavə məsafə qət etməyə məcbur qalırlar.

Səbəb isə budur ki, yeni tikilmiş binanın birbaşa magistral yolun üzərində yerləşməsi alternativ çıxış imkanlarını məhdudlaşdırır. Bu səbəbdən sakinlər şəhərə doğru hərəkət edə bilmək üçün ciddi çətinlik yaşayırlar.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin ərazi üzrə layihələndirmə işləri artıq gündəmdədir. Yaxın vaxtlarda icrasına başlanacaq layihə çərçivəsində əhalinin rahat və təhlükəsiz hərəkəti üçün zəruri tədbirlər görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31