Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscid Türk dünyası üçün mühüm tarixi hadisədir - Səfir

Füzulidə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin iştirakı ilə məscidin təməlinin qoyulması mərasimi mühüm tarixi hadisədir.

Olaylar xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Fizuli şəhərində məscidin təməlqoyma mərasiminə həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, bu hadisə təkcə Türk dövlətlərinin birliyini və qardaşlığını simvolizə etmir, həm də bütün İslam dünyası üçün dərin mənəvi əhəmiyyətə malikdir:

"Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin liderlərinin iştirakı ilə Füzulidə məscidin təməlqoyma mərasiminin keçirilməsi bütün Türk dünyası üçün mühüm tarixi hadisədir. Eyni zamanda, işğaldan azad edilmiş Füzuli şəhərində məscidin təməlinin qoyulmasının bütün İslam dünyası üçün əhəmiyyətini vurğulamaq istərdim. Bu məscidin məhz Füzulidə tikilməsi Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının simvoludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31